Berdyanskda güclü partlayış oldu, şad xəbər gözləyirik

18:35 2 Sentyabr 2023

Rusiyanın işğalı altında olan Zaporojye vilayətinin Berdyansk şəhərində güclü partlayış səsləri eşidilib.

Sitat.info xəbər verir ki, bu barədə Berdyansk şəhər hərbi administrasiyasının rəhbəri Viktoriya Qalitsina məlumat verib.

"Berdyansk sakinləri şəhərin hər yerində eşidilən çox güclü partlayışdan xəbər verirlər. Məlumat dəqiqləşdirilir. Biz Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından şad xəbər gözləyirik", - məlumatda deyilib.

Rusiyaya məxsus sosial şəbəkələrdə isə hava hücumundan müdafiə sisteminin işlədiyi bildirilir.



Xəbər xətti