Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində terror təşkilatı PKK/YPG-nin təzyiqi altında ərəb qəbilələri ilə təşkilat arasında qarşıdurmalar avqustun 27-dən bəri Həsəkə, Rəqqa və Mənbic kəndlərində davam edir.
Sitat.info xəbər verir ki, terror təşkilatının təzyiqi ilə Deyr əz-Zorda ərəb qəbilələrinin PKK/YPG-yə qarşı başlatdığı əməliyyatlar digər ərəb qəbilələrinin də iştirakı ilə genişlənib.
PKK/YPG-nin didərgin saldığı ərəb qəbilələrinin dəstəyi ilə böyüyən mübarizədə terror təşkilatı işğal etdiyi kəndlərdən itkilərlə geri çəkilir.
Avqustun 27-dən indiyədək Deyr əz-Zor, Rəqqa və Həsəkə vilayətlərinin kənd yerlərində və Hələbin Mənbic rayonunda ümumilikdə 33 kənd YPG/PKK işğalından azad edilib.
Seymur Bənnayev
Sitat.info