İranın Təbriz şəhərində sel fəlakəti nəticəsində 101 kəndə ziyan dəyib

21:34 4 Sentyabr 2023

İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi şəhəri olan Təbrizdə baş verən sel fəlakəti 101 kəndə maddi ziyan vurub.

Sitat.info xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Şərqi Azərbaycan Böhran İdarəetmə İdarəsinin prezidenti Məhəmməd Bakir Hünərbər sel fəlakətinin miqyası barədə məlumat verib.

Hünərbər deyib: "Təbrizin Əhər, Keliber, Xudaafərin, Horand və Verzigan bölgələrində 101 kənd sel səbəbiylə maddi ziyana uğradı".

Bildirilib ki, sel nəticəsində rayonda 48 ev və 60 minik avtomobili tamamilə yararsız hala düşüb, kənd təsərrüfatı sahələri də su altında qalıb.

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti