Pakistanda hərbi helikopter qəzaya uğrayıb

21:41 4 Sentyabr 2023

Pakistan Milli Assambleyasının sözçüsü Raca Pərvaiz Əşrəf 3 nəfərin ölümü ilə nəticələnən hərbi helikopterin qəzaya uğramasından sonra dərin hüznünü bildirib.

Sitat.info xəbər verir ki, hərbi Helikopter ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətinin Qvadar bölgəsində qəzaya uğrayıb. Pakistan Milli Assambleyasının sözçüsü Əşrəf Pakistan Hərbi Dəniz Qüvvələrinin helikopterində həyatını itirən 3 əsgərin ailələrinə başsağlığı verib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti