Zelenskinin vəzifəsindən azad etdiyi nazirdən ilk açıqlama

21:49 4 Sentyabr 2023

“Ukrayna ordusunda işləmək mənim üçün şərəf idi”.

Sitat.info xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən vəzifəsindən azad edilən Ukrayna müdafiə naziri Oleksii Reznikov öz sosial media hesabında yazıb. 

Oleksii Reznikov sosial media hesabından verdiyi açıqlamada istefa ərizəsini təqdim etdiyini bildirib: “İstefa ərizəmi Ukrayna Parlamentinin Ali Radasının sədri Ruslan Stefançuka təqdim etdim. Ukraynanın müasir tarixinin ən çətin dövrü olan son 22 ayda Ukrayna xalqına xidmət etmək və Ukrayna ordusunda çalışmaq mənim üçün şərəfdir".

Ukrayna prezidenti Volkdimir Zelenski axşam xalqa gündəlik müraciətində deyib: “Ukraynanın müdafiə nazirini dəyişdirmək qərarına gəldim. Oleksii Reznikov 550 gündən çox davam edən genişmiqyaslı müharibədən keçdi. Hesab edirəm ki, nazirliyin həm ordu ilə, həm də ümumilikdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formalarına ehtiyacı var. Rüstəm Umerov indi nazirliyə rəhbərlik etməlidir. Ukrayna Radası bu şəxsi yaxşı tanıyır və cənab Umerovun əlavə təqdimata ehtiyacı yoxdur. Mən parlamentin bu namizədi dəstəkləyəcəyini gözləyirəm. Zelenski bildirib ki, qərar bu həftə parlamentə təqdim olunacaq".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti