Pakistandakı müvəqqəti hökumətin baş naziri Ənvarul Hak Kakar ABŞ-ın Əfqanıstandan çıxarılması zamanı geridə qalan ABŞ hərbi texnikasının silahlıların əlinə keçdiyini iddia edib.
Sitat.info xəbər verir ki, İslamabaddakı ofisində jurnalistlərə açıqlama verən Kakar, ABŞ-ın tərk etdiyi hərbi texnikanın yaraqlılar tərəfindən ələ keçirildikdən sonra Əfqanıstanda yerləşən Pakistan Talibanına (TTP) çatdırıldığını iddia edib.
Kakar, gecə görmə eynəklərindən tutmuş odlu silahlara qədər geniş çeşidi ehtiva edən bu avadanlıqların TTP-nin döyüş qabiliyyətini artırdığını və bu vəziyyətin İslamabad üçün yeni problem yaratdığını bildirib.
Seymur Bənnayev
Sitat.info