Avstraliya Rusiyanın neft və qazından imtina edib

16:50 31 Mart 2022

Avstraliya Rusiyanın neft və qazından imtina edib.

Report UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

“Prezident Volodimir Zelenskinin Avstraliya parlamentindəki çıxışından sonra bu barədə qərar qəbul olundu. Həmçinin Avstraliya Rusiya mallarına 35 faiz rüsum tətbiq edəcək. Bu, Rusiya iqtisadiyyatını çökdürəcək daha bir məqamdır”, - o bildirib.

Qeyd edək ki, bu gün V.Zelenski Avstraliya parlamentində çıxış edib.



Xəbər xətti