“GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyi layihənin icrasını uğurla başa vurub.
Sitat.info xəbər verir ki, “Sağlamlıq imkanları məhdud və aztəminatlı şəxslər üçün dərzilik kurslarının təşkili” layihəsi 2 ay müddətində icra edilib.
Təşkilat sədri Səlimova Gülnarə Zakir qızının sözlərinə görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilib.
“Layihənin məqsədi sağlamlıq imkanları məhdud olan şəxslər və aztəminatlı ailələrin xanımları üçün dərzilik kurslarını təşkil etməklə, onların bu sahədə bacarıqlarını artırmaq və məşğulluqlarını təmin etməkdir.
Dərslər uğurla başa vurmuş Kurs iştirakçılarına ilk öncə dərzilik sənətinə aid ilkin bacarıqlar, dərzilik sənətində tətbiq olunan avadanlıqlar və köməkçi vasitələrlə işləmə bacarığı aşılanıb. Yekun olaraq kurs iştirakçılarına sertifikatlar təqdim olunub.
Sitat.info