Afrika İttifaqı G20-yə qoşulur

11:31 7 Sentyabr 2023

Dünyanın 20 ən böyük iqtisadiyyatını təşkil edən G20-nin Afrika İttifaqını “daimi üzv” kimi qəbul edəcəyi bildirilir.

Sitat.info xəbər verir ki, "Bloomberg"in xəbərinə görə, bu həftə Hindistanda keçiriləcək sammitdə Afrika Birliyi Avropa İttifaqı (Aİ) ilə oxşar statusa malik G20-nin “daimi üzvü” kimi qəbul ediləcək.

İllərdir qrupa daxil olmağa çalışan Afrika Birliyi qitənin 54 ölkəsini birgə təmsil edəcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti