Rusiyadan gözlənilməz addım: Lavrov Zelenskini Rusiyaya dəvət edib

14:16 28 Yanvar 2022

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiyaya səfərə dəvət edib.

APA-nın xəbərinə görə, Rusiya xarici işlər naziri bu barədə yerli radiostansiyalara müsahibəsində bildirib.O qeyd edib ki, əgər Vladimir Zelenski Rusiya ilə münasibətləri normallaşdırmaq məsələsini müzakirə etmək istəyirsə, Rusiya tərəfi buna hazırdır. Zelenski Moskva, Soçi və ya Sankt-Peterburqa gələ bilər.

“Lakin o, əgər Donbası müzakirə etmək istəyirsə, “Normandiya formatı”nın qərarına əsasən, birbaşa Kiyev və Donetsk, Kiyev və Luqansk arasında bütün nizamlanma məsələlərini nəzərdən keçirən təmas qrupuna müraciət etsin”, - Lavrov vurğulayıb.



Xəbər xətti