AB Ukraynaya ABŞ-dan iki dəfə çox yardım vəd etdi

15:58 7 Sentyabr 2023

AB ölkələri və qurumları Ukraynaya ABŞ-dan iki dəfə çox yardım vəd edib.

Sitat.info xəbər verir ki, bu barədə Kildəki Dünya İqtisadiyyatı İnstitutu öz internet səhifəsində bildirib.

"Avropa Birliyi Ukraynaya yardım vədləri ilə ABŞ-ı açıq-aşkar geridə qoyub. Bunun əsas səbəbi AB-nin yeni 50 milyard avroluq "Ukrayna Fondu"nun olmasıdır. Əlavə olaraq digər Avropa ölkələri də yeni yardımlarla dəstəyi artırıblar”, - məlumatda deyilib.

Qeyd edək ki, AB ölkələri və institutlarının vəd etdiyi yardımın ümumi həcmi 130 milyard avronu əhatə edir. ABŞ-ın yardımı isə 70 milyarddan azdır.



Xəbər xətti