ABŞ 85 hərbçisini Ermənistana göndərir

12:30 8 Sentyabr 2023

Ermənistanda keçiriləcək “Qartal tərəfdaşı 2023” adlı birgə təlimdə 85 ABŞ hərbçisi iştirak edəcək.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa və Afrikadakı Komandanlığından məlumat verilib.

“11-20 sentyabr tarixlərində keçiriləcək təlimlərdə 85 ABŞ və 175 etrməni hərbçisi iştirak edəcək. Təlimlərə ABŞ-ın 101-ci hava-desant diviziyasının 1-ci briqadasının və Ermənistanın 20 ildən artıq əməkdaşlıq proqramına malik olduğu Kanzas Milli Qvardiyasının hərbçiləri qatılacaq”, - komandanlığın məlumatında qeyd olunub.



Xəbər xətti