Rusiyanın bu ölkəyə verdiyi Su-25 qəzaya uğradı

11:30 12 Sentyabr 2023

Malidə Su-25 hücum təyyarəsi qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə “Defence Express” məlumat yayıb.

Məlumata görə, təyyarə sentyabrın 9-da ölkənin şimal-şərqində qəzaya uğrayıb:

"Mali Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi polkovnik Alou Boy Diarra iddia edir ki, Su-25 texniki nasazlıq və pis hava səbəbindən qəzaya uğrayıb. Lakin yerli üsyançılar təyyarəni vurduqlarını iddia edirlər".

Bildirilib ki, Mali Su-25-ləri bu ilin yanvarında Rusiyadan Mi-8 helikopterləri və Çexoslovakiyanın L-39 döyüş-təlim təyyarələri ilə birlikdə almışdı.

Qeyd edək ki, bu, Malidə qəzaya uğrayan ikinci Su-25 təyyarəsidir. 2022-ci ilin oktyabrında Qao bölgəsində daha bir Su-25 təyyarəsi qəzaya uğramışdı.



Xəbər xətti