Nigeriyada 2,2 milyon uşaq epidemik xəstəliklərə qarşı peyvənd olunacaq

19:49 12 Sentyabr 2023

Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada 2,2 milyon uşağın qarşısı alına bilən epidemik xəstəliklərə qarşı peyvənd ediləcəyi açıqlanıb.

Sitat.info xəbər verir ki, Nigeriya Milli Sağlamlıq Xidmətləri Agentliyinin (NMSXA) direktoru Faisal Shuaib, açıqlamasında ölkədə uşaqlarda "sıfır epidemiya xəstəliyi" hədəfi çərçivəsində peyvənd kampaniyasına başlanıldığını bildirib.

Kampaniya ilə ölkə daxilində 2,2 milyon uşağa peyvənd etməyi hədəflədiklərini ifadə edən Şuaib, ölkə əhalisinin əhəmiyyətli bir hissəsinin, xüsusilə də uşaqların peyvəndlə qarşısı alına bilən xəstəliklərə hələ də həssas olmadığını ifadə edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti