Birləşmiş Millətlər Təşkilatı (BMT) Liviyada baş verən sel fəlakəti ilə əlaqədar təcili yardım qruplarının sahəyə dəstək vermək üçün səfərbər edildiyini bildirib.
Sitat.info xəbər verir ki, BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım üzrə koordinatoru Martin Qriffits sosial media hesabında mesaj paylaşıb.
Liviyada baş verən ölümcül seldən dərin narahatlıq keçirdiyini ifadə edən Qriffits deyib: "Təcili yardım qruplarımız sahəyə kömək etmək üçün səfərbər edildi".
Seymur Bənnayev
Sitat.info