Rusiya ordusu Kiyev yaxınlığındakı Brovarsk rayonunu tərk etdi

12:53 1 Aprel 2022

Rusiyanın hərbi qüvvələri Kiyev vilayətinin Brovarsk rayonunu tamamilə tərk edib.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Brovarsk şəhərinin meri İqor Sapojko məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri indi yaşayış məntəqələrini rus ordusundan təmizlənməsi ilə məşğuldurlar.

Şəhər meri rusların Çerniqovun Priluki rayonuna doğru geri çəkildiyini bildirib.

Xatırladaq ki, bundan öncə Rusiya qoşunlarının İrpen, Buça və Qostomel rayonlarından çıxdığı barədə xəbərlər yayılmışdı.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun əsasən Polessk istiqamətində yenidən qruplaşma həyata keçirdiyini, habelə şimal bölgəsində geri çəkilmənin təhlükəsizliyini təmin etmək üçün 1-ci tank ordusundan istifadə etdiyi barədə məlumat yayıb.

Baş qərargahın məlumatında Rusiyanın indi bütün diqqətini Donetsk və Luqansk vilyətlərinə cəmləşdirmək istədiyi, Slobajansk istiqamətində Xarkovun yenidən blokadaya almağa cəhd etdiyi vurğulanıb. Bu məqsədlə şəhərdə yaşayış məntəqələri və infrastruktur ağır bombardmanlara məruz qoyulur.



Xəbər xətti