Yaponiyada 2021-ci ilin oktyabrında vəzifəyə başlayan Baş nazir Kişida Fumio səlahiyyət müddəti ərzində ikinci dəfə kabinetini dəyişib.
Sitat.info xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Matsuno Hirokazu bəyanatında kabinetdəki dəyişiklikləri açıqlayıb.
Müvafiq olaraq, Suzuki Junji Daxili İşlər və Rabitə Nazirliyi, Koizumi Ryuji Ədliyyə Nazirliyi, Kihara Minoru Müdafiə Nazirliyi və Kamikava Yoko Xarici İşlər Nazirliyi vəzifəsinə təyin edilib.
Seymur Bənnayev
Sitat.info