Banqladeşdə yanğın: Yüzlərlə mağaza kül oldu

12:56 14 Sentyabr 2023

Banqladeşin paytaxtı Dəkkədə bazarda gecə saatlarında başlayan yanğın nəticəsində bir çox mağaza kül olub.

Sitat.info xəbər verir ki, yanğın yanğınsöndürənlər və əsgərlər tərəfindən təxminən 6 saat ərzində nəzarətə götürülüb.

Bölgə yanğınsöndürmə briqadasından verilən açıqlamada elektrik naqilində yaranan nasazlıqdan başladığı ehtimal edilən yanğında can itkisinin olmadığı bildirilib.

Qeyd edək ki apreldə Dəkkədəki geyim bazarında baş verən yanğında ən azı 5 min mağaza kül olub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti