Nigeriyada bütün ölkədə elektrik enerjisinin verilməsi dayandırılıb

15:07 14 Sentyabr 2023

Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada dövlət şəbəkəsinin çökməsi bütün ölkə ərazisində saatlarla davam edən elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Sitat.info xəbər verir ki, Nigeriya Elektrik Ötürmə Şirkəti tərəfindən edilən açıqlamada, Enugu əyalətində yerli vaxtla saat 00:40 radələrində şəbəkədə "tam sistem çökməsi" səbəbiylə ölkədəki bütün elektrik şəbəkələrinin təsirləndiyi bildirilib.

Açıqlamada bildirilib ki, hazırda ölkədə nasazlıq üzündən ümumi elektrik enerjisi kəsilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti