Selin fəlakətinin yaşandığı i və minlərlə insanın həyatını itirdiyi Liviya üçün Türkiyənin Fəlakət və Fövqəladə Halların Rəhbərliyi (AFAD) tərəfindən 4 min ton yardım materialı toplanıb.
Sitat.info xəbər verir ki, AFAD sədri Okay Memiş Dəniz Qüvvələri Komandanlığına bağlı iki hərbi gəmi ilə 550 personal və təxminən 4 min ton yardım materialının göndərildiyini bildirib.
Qeyd edə ki, sentyabrın 10-da Orta Aralıq dənizindən başlayan Liviyanın şərqini vuran "Daniel" fırtınası Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub və son açıqlamaya görə, 10 mindən çox insan həyatını itirib. minlərlə insanın itkin düşüb. Böyük dağıntılara səbəb olan fəlakət üçün ilk yardım edən ölkələrdən biri olan Türkiyə bölgəyə yardım çatdırmaqda davam edir.
AFADs ədri Okay Memiş, Dəniz Qüvvələri Komandanlığına bağlı iki hərbi gəmi ilə selin baş verdiyi Liviyaya 550 personal və təxminən 4 min ton yardım materialının göndərildiyini bildirib. Gəmilərin İzmir Alsancak Limanından Liviyaya yola düşməsindən əvvəl jurnalistlərə verdiyi açıqlamada Memiş, AFAD olaraq Liviyada baş verən sel fəlakətindən sonra axtarış-xilasetmə və humanitar yardım təşkilatlarını planlaşdırmağa və həyata keçirməyə başladıqlarını söylədi.
Nərgiz,
Sitat.info