ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Şimali Koreyanın Rusiyaya silah dəstəyinin Ukrayna müharibəsini uzadacağını və bu dəstəyin günahsız ukraynalıların öldürülməsinə səbəb olacağını bildirib.
Sitat.info xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq Şimali Koreya lideri Kim Çen Inla Rusiya prezidenti Vladimir Putinin görüşündən sonra dəyərləndirmələr edib.
Şimali Koreyanın Rusiyaya silah vermə ehtimalı ilə bağlı Sinq deyib: "Rusiyanı bu səbəbsiz müharibədə dəstəkləyən hər hansı bir ölkənin sadəcə Ukraynadakı müharibəni uzadacağını deyil, eyni zamanda günahsız ukraynalıların ölümünə səbəb olacağını da düşünürük".
Seymur Bənnayev
Sitat.info