Hikmət Hacıyev Azərbaycanın minasızlaşdırma layihələrinə dəstəklə bağlı çağırış edib

19:20 1 Aprel 2022

“Ermənistan bizim torpaqlarımıza milyonlarla mina yerləşdirib”.

SİTAT.İNFO “İki sahil”-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter“də bildirib.

“Azərbaycanda 3000-dən çox mina qurbanı qeydə alınıb. Qlobal Etimad Fondu bizim minasızlaşdırma layihələrimizə dəstək olmalıdır”, - Prezidentin köməkçisi vurğulayıb.

Hikmət Hacıyev Bakıda 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə bağlı beynəlxalq konfransın keçirildiyini də diqqətə çatdırıb.



Xəbər xətti