Birləşmiş Millətlər Təşkilatının Liviya üzrə xüsusi nümayəndəsi Abdoulaye Bathily bildirib ki, böyük sel fəlakəti yaşayan Liviya təkbaşına belə bir böhranın öhdəsindən gələ bilməz.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviya üzrə xüsusi nümayəndəsi Abdoulaye Bathily, sosial media hesabından verdiyi açıqlamada, Liviya xalqının bu dağıdıcı fəlakət qarşısında əzm, birlik və ağrıları paylaşmağın ən böyük nümunəsini göstərdiyini söyləyib.
Bütün Liviya rəsmilərini və qurumlarını eyni şəkildə işlərini davam etdirməyə çağıran BMT nümayəndəsi deyib: "İtki və zərərin miqyası təsəvvür edə bildiyimizdən də çoxdur. Liviya təkbaşına belə bir böhranın öhdəsindən gələ bilməz".
Seymur Bənnayev
Sitat.info