Ukraynadakı münaqişənin sülh yolu ilə həllindən uduzanlar olmayacaq.
Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Amerika Milli Rəhbər Komitəsinin Nyu Yorkda təşkil etdiyi şam yeməyində deyib.
Ərdoğan Türkiyənin regional və qlobal böhranların həllində artan rolunu vurğulayaraq, ölkənin diplomatik nailiyyətlərindən danışıb:
“Biz müharibədə qalibin, sülhdə isə uduzanın olmadığına inanaraq çoxşaxəli səylərimizi davam etdiririk”.