Mişeldən Xankəndiyə göndərilən yardımlara reaksiya

16:38 18 Sentyabr 2023

Laçın-Xankəndi və Ağdam-Xankəndi yolundan yüklərin eyni vaxtda keçməsini alqışlayırıq.

Sitat.info xəbər verir ki, bunu Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel X hesabında yazıb.

O qeyd edib ki, artıq Qarabağın ermıni sakinlərinə yardımlar aparılır:

"Laçın və Ağdam üzərindən yüklərin eyni vaxtda keçməsini alqışlayırıq. İndi bu məsələ tam qaydaya salınmalıdır. Həmçinin Avropa Birliyinin dəstəkləməyə hazır olduğu hüquq və təhlükəsizlik üzrə Bakı və Qarabağın erməniəsilli əhalisi arasında danışıqlara başlamaq vacibdir".



Xəbər xətti