Xocavənddə yaralanan polislərlə bağlı yeni açıqlama

13:18 19 Sentyabr 2023

Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində yaralanan polislərimiz xəstəxanaya yerləşdirilib.

Sitat.info xəbər verir ki, bu barədə Axar.az-a DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.

"Yaralanan polis əməkdaşları müvafiq xəstəxanaya yerləşdiriliblər. Hazırda onların müalicəsi davam etdirilir. Həyati təhlükələri yoxdur", - E.Hacıyev qeyd edib.



Xəbər xətti