Mişelin “Dağlıq Qarabağ” sözünə Şafferdən cavab

11:31 20 Sentyabr 2023

ABŞ-da yaşayan yəhudi tədqiqatçı və iranşünas Brenda Şaffer Avropa Şurasının Prezidenti Şarl Mişelin Qarabağla bağlı paylaşımına cavab verib.

Sitat.info xəbər verir ki, bu barədə o, özünün X sosial media hesabında yazıb.

“Ora “Dağlıq Qarabağ vilayəti” deyil. Sovetlər Birliyi 30 il əvvəl dağılıb. Ora Qarabağ bölgəsidir”, - Şaffer yazıb.

Qeyd edək ki, Avropa Şurasının Prezidenti Şarl Mişel özünün X hesabında “Bu gün keçmiş “Dağlıq Qarabağ” vilayətindən sarsıdıcı xəbərlər gəlir" paylaşımı edib.



Xəbər xətti