İranın Əlburz vilayətində saxta spirtli içki istehsal edən və 17 nəfərin ölümünə səbəb olan 4 nəfərə ölüm hökmü çıxarıldığı açıqlanıb.
Sitat.info xəbər verir ki, İran Ədliyyəsinin sözçüsü Məsud Sətayeşi paytaxt Tehranda keçirilən həftəlik mətbuat konfransında saxta spirtli içki istehsalına görə həbs edilən müttəhimlərin məhkəmə prosesi haqqında məlumat verib.
Sətayeşi deyib: "Təəssüflər olsun ki, ötən aylarda Əlburz vilayətində 191 nəfər saxta spirt səbəbiylə zəhərlənərək xəstəxanaya yerləşdirildi, 17 nəfər öldü. Sözügedən hadisədən sonra prokurorluq hərəkətə keçərək, istehsal edən və satan şəxslər haqqında istintaq başlatdı".
Kənan,
Sitat.info