Erməni bloger İlham Əliyevdən icazə istədi

12:50 29 Sentyabr 2023

Erməni bloger Natali Aleksanyan Xankəndiyə gəlmək üçün Azərbaycan prezidentindən icazə istəyib.

Sitat.info xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət!

Hörmətli cənab Prezident, başa düşürəm ki, ermənilərin Qarabağda yaşamasının yeganə yolu Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasıdır. Özüm də Qarabağ ermənilərinin sevdiyi, fikrinə qulaq asdıqları adamam.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, xahiş edirəm ki, mənə təcili olaraq Xankəndiyə gəlməyə, həmvətənlərimlə yaxın olmağa, onlara dəstək olmağa və inteqrasiyasına köməklik göstərməyimə icazə verəsiniz”, - Aleksanyan bildirib.



Xəbər xətti