Pakistanın Bəlucistan əyalətində məscid yaxınlığında törədilən intiharçı hücumda biri polis olmaqla 52 nəfər həyatını itirib.
Sitat.info xəbər verir ki, Pakistanın Bəlucistan əyalətinin Məstunq bölgəsində Məhəmməd Peyğəmbərin (s) mövludu Mövlud Qəndili münasibətilə çoxlu insanların toplaşdığı Mədinə məscidi yaxınlığında bombalı hücum həyata keçirilib.
Hücumda 52 nəfər həyatını itirib, 130-dan çox insan yaralanıb.
Hücum edən şəxsin polis maşınının yaxınlığında özünü partlatdığı bildirilir.
Kənan Bənnayev
Sitat.info