"Çirkin model" terrorçu oldu

19:08 2 Oktyabr 2023

Dünyada “çirkin model” kimi tanınan Armine Arutyunyan erməni terror təşkilatı VOMA-ya qoşulub.

Sitat.info xəbər verir ki, VOMA Azərbaycana və Türkiyəyə hücum etmək üçün silahlıları cəlb edir və pulsuz təlimlər keçirir.
Podiumların çirkin modeli kimi ad çıxaran erməni model terrorçu olub.
İtaliyanın dəbdəbəli geyim brendinin moda nümayişində podiuma çıxaraq dünya şöhrəti qazanan Armine Arutyunyan VOMA terror təşkilatının sıralarına qoşulub.
Təşkilat tərəfindən yayımlanan görüntülərdə və videoda Arutyunyanın təlim keçdiyi və əlində silah olduğu görünür.

Nərgiz,

Sitat.info



Xəbər xətti