"Koroğlu" metrostansiyası yaxınlığında dəhşətli tıxac -FOTOLAR

19:44 2 Oktyabr 2023

Koroğlu metrostansiyası yaxınlığındakı körpüdə pik saatlarda ənənəvi tıxac müşahidə olunur. Mərkəzdən Bakı kəndlərinə doğru sərnişinlər saatlarla körpünün üstündə qalır və necə deyərlər addım-addım hərəkət edirlər. 

Sitat.info-nun ərazidə olan müxbiri xəbər verir ki, bunun əsas səbəbi metrodan çıxan sərnişinlərin evlərinə avtobuslarla - ictimai nəqliyyatla deyil, yolüstü sərnişin daşıyan "1 manatlıq"larla getmək istəməsidir. 

Metrodan çıxan sərnişinlər körpünün çıxışında yola çıxaraq maşın saxlamağa çalışır, sürücülərin hansı istiqamətdə getdiyini öyrənməyə və sürətli nəqliyyat vasitəsi ilə mənzil başına çatmağa çalışırlar. Yolun bu cür kəsilməsi isə geriyə doğru tıxacın yayılmasına və ta körpünün başlanğıcına qədər gedib çıxmasına səbəb olur. 

Təəssüf ki, aylardır davam edən bu problemin həlli üçün aidiyyatı dövlət qurumları lazımi addımlar atmırlar. 

Məğrur,

Sitat.info




Xəbər xətti