Paşinyan Ursula fon der Leyen ilə ermənilərin Qarabağdan köçünü müzakirə edib

20:56 2 Oktyabr 2023

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə telefon danışığı aparıb.

Sitat.info  xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətində məlumat yayıb.

Tərəflər ermənilərin  Qarabağdan köçünü, yaranmış vəziyyət, regional proseslər və Ermənistanla Aİ arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Həmsöhbətlər bu həftə Qranadada keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, erməni mənbələri qərəzli olaraq bu Qaarabağdan ermənilərin könüllü olaraq çıxmasını "məcburi deportasiya" adlandırıblar. Halbuki bu günə qədər Azərbaycan rəsmiləri ermənilərin  Qarabağdan çıxarılması ilə bağlı heç vaxt tapşırıq verməyib, əksinə onlara hər cür humanitar dəstəyini ifadə edib və həyata keçirməkdədir.

Nərgiz,

Sitat.info



Xəbər xətti