İranda həbs edilən Fəridlə bağlı yeni - Açıqlama

11:52 3 Oktyabr 2023

Oğlum Fəridin vəziyyəti yaxşıdır.

Sitat.info xəbər verir ki, bu barədə Trend-ə İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib

O bildirib ki, Fəridlə iki gün əvvəl danışıb:

"Səhhətindəndə heç bir problem yoxdur. Əfv olunacağına dair bir ümidi yoxdur. Deyir, bir neçə dəfə ümidlənib, lakin nəticə olmayıb. Belə olduqda özünü pis hiss edir. Oxuması üçün vəkilindən kitab istəyib".

D.Əsgərova əlavə edib ki, hələ apellyasiya məhkəməsi keçirilməyib.

"Yaxın həftələrdə apellyasiya məhkəməsinin nə vaxt keçiriləcəyi barədə məlumat olacaq", - deyə o qeyd edib.



Xəbər xətti