“Müasir dünyamızda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qədər öz qərarlarını müstəqil şəkildə vermək iqtidarında olan siyasətçi azdır”
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu fikirləri “Rossiya1” telekanalına müsabibəsində söyləyib.
D. Peskov əlavə edib ki, hazırda ABŞ dünya ölkələrinə təzyiq göstərir.
“Heç də bütün ölkələr öz suveren mövqelərini aydın şəkildə müəyyən etmək üçün özündə güc tapmır. Bu baxımdan, təbii ki, müasir siyasi olimpdə Ərdoğan kimi siyasət adamları azdır”, - D. Peskov vurğulayıb.
Kreml sözçüsü əlavə edib ki, amerikalılar bir çox ölkələri sanksiyalarla hədələyir.
“Bu məsələdə bütün ölkələr heç də Türkiyə kimi hərəkət edə bilmir. Bizim Türkiyə ilə fikir ayrılıqlarımız var. Amma buna baxmayaraq, Türkiyə yenə də öz maraqlarından çıxış edir”, -D.Peskov fikrini tamamlayıb.