"Qarabağ"ın qarşısına itkilərlə çıxacaqlar

20:45 4 Oktyabr 2023

“Hakken” komandasının üç futbolçusu UEFA Avropa Liqasının qrup mərhələsində İsveçdə “Qarabağ”a qarşı keçiriləcək II tur oyununda iştirak edə bilməyəcək.

Sitat.info klubun rəsmi saytına istinadən xəbər verir ki, Höteborq təmsilçisinin heyətində yamaykalı hücumçu Bler Turqott, şimali makedoniyalı forvard Filip Trpçevski və danimarkalı sol cinah müdafiəçisi Yakob Barrett Laursen zədə səbəbindən sabahkı matçı buraxacaqlar.

Qeyd edək ki, "Qarabağ" komandasında da ciddi itkilər var.

“Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



Xəbər xətti