Almaniya Ukraynanın Rumıniyaya taxıl ixracını qorumaq üçün Kiyevə əlavə hava hücumundan müdafiə sistemləri göndərməyi planlaşdırır.
Sitat.info xəbər verir ki, bu barədə Bloomberg yazır.
Agentliyin yazıdğına görə, Berlin Kiyevə bir IRIS-T hava hücumundan müdafiə sistemi və ondan çox “Gepard” özüyeriyən zenit silahı təhvil verəcək. Silahlar, ölkənin cənub sahilləri ilə Rumıniyaya gedən yükləri qorumaq üçün ilin sonuna qədər Ukraynaya çatmalıdır.
Əvvəllər Rumıniya Ukrayna və Moldovadan taxıl idxalına məhdudiyyətlər tətbiq edib. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, müvafiq qərar rumıniyalı fermerlərin maraqlarını qorumaq məqsədilə qəbul edilib.
Sentyabrın 15-də Avropa Komissiyasının Ukraynadan beş qonşu ölkənin ərazisinə buğda, qarğıdalı, kolza və günəbaxan toxumlarının tədarükünə qoyduğu qadağanın tətbiqi dayandırılıb. Bunun ardınca Macarıstan, Slovakiya və Polşa milli səviyyədə Ukrayna məhsullarının idxalına qadağa qoyub.
Nərgiz,
Sitat.info