Fransada bomba həyəcanı: 8 məktəb boşaldılıb

20:37 5 Oktyabr 2023

Fransanın İzere əyalətinin Qrenobl bölgəsində bomba təhlükəsi səbəbindən 8 məktəb boşaldılıb.

Sitat.info xəbər verir ki, Fransanın İsere Qubernatorluğundan verilən açıqlamada səhər saatlarında Qrenobl şəhərində 8 məktəbə bomba təhdidi edildiyi bildirilib.

Açıqlamada məktəblərdəki işçi heyətinin və şagirdlərin təxliyə edildiyi, təhlükəsizlik zolağı yaradıldığı, bomba zərərsizləşdirmə qruplarının araşdırma apardığı bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti