Rusiya prezidenti Vladimir Putin Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin həyatını itirdiyi təyyarə qəzası ilə bağlı aparılan araşdırmanın nəticələri ilə bağlı verib. Bildirib ki, “Vaqner rəhbərlərinin cəsədlərində əl qumbarasının parçaları tapılıb.
Sitat.info xəbər verir ki, Rusiyanın Soçi şəhərində keçirilən Valday Forumunda çıxış edən Putin bu sözləri deyib: "Onların başına gələnlərlə bağlı hələ də suallar var. İstintaq komitəsinin sədri bu yaxınlarda ölənlərin cəsədlərində qumbara parçaları tapıldığını bildirib" .
İstintaqda təyyarəyə heç bir xarici hücumun aşkar edilmədiyini bildirən Putin əlavə edib ki, qurbanların qanında spirt və ya narkotik maddə olub-olmadığını müəyyən etmək üçün heç bir müayinə aparılmayıb: "Halbuki, Sankt-Peterburqda bu üsyandan sonra FSB Vaqnerin baş ofisində nəinki 10 milyard rubl nağd pul, həm də 5 kiloqram kokain tapmışdı. Məncə, bu təhqiqat aparılmalı idi, amma edilmədi.
Xatırladaq ki, Rusiyanın Ukraynadakı müharibəsində mühüm rol oynamış "Vaqner"in lideri Priqojin Tver vilayətində mindiyi şəxsi təyyarənin qəzaya uğraması nəticəsində dünyasını dəyişib. O, avqustun 23-də Rusiyada 24 saat davam edən üsyandan sonra uduzmuşdu.
Nərgiz,
Sitat.info