Rusiya Xarkovu vurdu: 2 nəfər ölüb

16:59 6 Oktyabr 2023

Rusiya bu gün yenidən Ukraynanın Xarkov şəhərinə hava hücumu edib. 10 yaşlı uşaq və nənəsi ölüb, 28 nəfər yaralanıb. Rusiyanın dünənki hava hücumunda ölənlərin sayı 52-yə yüksəlib, Ukraynada 3 günlük matəm elan edilib.

Sitat.info xəbər verir ki, Xarkov vilayətinin qubernatoru Oleh Synyehubov dünən Rusiyanın Xarkovun Hroza kəndinə hava hücumu nəticəsində ölənlərin sayının 52, yaralıların sayının isə 6 olduğunu, bir nəfərin həyatını itirdiyini açıqlayıb.

Ukrayna hökuməti həlak olanların xatirəsinə 3 günlük matəm elan edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti