Tərtədə minaya düşən şəxsin hər iki ayağı amputasiya edildi

11:25 7 Oktyabr 2023

Ötən gün Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minaya düşən Zaməddin Həsənovun hər iki ayağı amputasiya edilib.

Sitat.info xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 6-da piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Zaməddin Qəzənfər oğlu Həsənov xəsarət alıb.

Xəsarət alan şəxsinin hər iki ayağı amputasiya edilib.



Xəbər xətti