Bayramov Şuşada mühüm iclasda iştirak edəcək

15:45 9 Oktyabr 2023

Oktyabrın 10-da İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 27-ci iclası Azərbaycan Respublikasının sədrliyi altında Şuşa şəhərində keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov iştirak edəcək.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Tədbir zamanı nazir Ceyhun Bayramovun yüksək səviyyəli xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi, habelə mətbuat konfransında bəyanat ilə çıxış etməsi nəzərdə tutulur.



Xəbər xətti