Moskva ötən gün Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı insidentdən narahatdır.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“27 yanvar tarixində Qırğızıstan-Tacikistan sərhədində baş verən insidentlə bağlı xəbərlərdən dolayı narahatıq. Təəssüf ki, hər iki tərəfdən ölən və xəsarət alanlar var”, - deyə bildirilib.
Bundan əlavə, Rusiya XİN tərəflərin atəşin dayandırılması və silahlı qüvvələrin sərhəd xəttindən geri çəkilməsi ilə bağlı razılaşmasını da alqışlayıb.