İsrailin hücumları səbəbindən blokada altında olan Qəzzada ölənlərin sayı 770-ə yüksəlib.
Sitat.info xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi İsrailin hücumları ilə bağlı açıqlama verib.
Açıqlamada, bu hücumlarda ən azı 770 nəfərin həyatını itirdiyi, 4 min adamın isə yaralandığı bildirilib.
Qeyd edək ki, İordan çayının qərb sahilində şənbə günündən bəri ən azı 18 nəfərin öldüyü, 100 nəfərin yaralandığı açıqlanıb.
Seymur Bənnayev
Sitat.info