Polietilen torbalardan istifadə 50 faizə yaxın azaldı

15:15 10 Oktyabr 2023

Apardığımız təbliğat-təşviqat işləri polietilen torbalardan istifadənin azaldılması istiqamətində bizə daha çox yardımçı oldu.

Sitat.info xəbər verir ki, bunu Milli Məclisdə komitə iclasında çıxışı zamanı ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib.

O bildirib ki, bu, plastik tullantıların ətraf mühitə təsirinin azaldılması üçün atılan bir addım idi.

"Qanunun tətbiqindən sonra ilk iki ay yarım müddətdə polietilen torbalardan istifadə 48 faiz azalmışdı", - deyə nazirin müşaviri qeyd edib.



Xəbər xətti