İsrail ordusu HƏMAS-ın hücumları nəticəsində həlak olan hərbçilərinin sayını yeniləyib.
Sitat.info xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, oktyabrın 7-dən bəri İsrail ordusunun 220 hərbçisi həlak olub.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS və "İslami-Cihad" hərəkatının İsrailə kütləvi hücumu baş verib. Nəticədə yüzlərlə israilli ölüb və yaralanıb, həmçinin girov götürülüb.
İsrail ordusu "Dəmir qılınc" əməliyyatına başlayıb.