Ukraynaya dəstək ABŞ və Avropa üçün ən yüksək prioritet olaraq qalır.
Sitat.info xəbər verir ki, bunu bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.
Yellen bildirib ki, Bayden administrasiyası Ukraynanı nə qədər lazımdırsa, dəstəkləməyə sadiqdir:
“ABŞ Konqresindəki ikipartiyalı çoxluğun müharibədən zərər çəkmiş ölkəyə sabit və fasiləsiz yardımı təsdiqləməsini təmin etmək üçün mübarizə aparacaq. Biz Ukraynanın döyüş meydanında uğur qazanmaq qabiliyyətini nümayiş etdirdiyi halda, onun iqtisadi zəmində müharibəni uduzmasına icazə verə bilmərik”.