Bakının bu ərazilərində qaz olmayacaq

10:06 17 Oktyabr 2023

Bu gün Binəqədi rayonunun bəzi qəsəbələrində qaz olmayacaq.

Sitat.info xəbər verir ki, “Xırdalan” Qaz Paylayıcı Stansiyasında (QPS) “BMSK (Xırdalan QRS)” ölçü qovşağı üzərində quraşdırılmış əhali kollektorunda görüləcək təmir işləri ilə bağlı adıçəkilən kollektordan oktyabrın 17-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



Xəbər xətti