ABŞ Prezidenti Co Bayden İsrailə səfərindən sonra İordaniyaya gedəcək və burada oktyabrın 18-də Misir Prezidenti Əbdül Fəttah əs-Sisi və Fələstin lideri Mahmud Abbasın iştirakı ilə Kral II Abdullahla görüşəcək.
Sitat.info xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.
Onun sözlərinə görə, qarşıdan gələn danışıqlar çərçivəsində Qəzza zolağında mülki əhalinin humanitar ehtiyaclarının müzakirəsi planlaşdırılır.
Məlumata görə, səfərin məqsədi ABŞ-ın HƏMAS hücumları qarşısında İsrailə dəstəyini nümayiş etdirmək və vəziyyətin həlli üçün gələcək addımlar barədə məsləhətləşmələr aparmaqdır.
//Axar.az