Parlament sədri erməni terrorçularının Qarabağdan çıxarılmasını tələb etdi

12:36 5 Aprel 2022

“Qazaxıstanda MDB Parlament Assambleyasının 30 illiyinə həsr olunan tədbirlərdə iştirakım çərçivəsində bildirdim ki, Azərbaycan üçtərəfli bəyanata sadiqdir. Ermənistan bu bəyanatın tələblərini yerinə yetirməlidir”.

SİTAT.İNFO xəbər verir, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən tam çıxarılmalıdır: “Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması ilə bağlı təkliflər göndərib və hazırda İrəvandan cavab gözləyir”. (Report)



Xəbər xətti